“Yeni mövsümdə kuboku götürmək əzmindəyik” – Ten Haq
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Liverpul”la görüş öncəsi komandası ilə qazandıqları kuboklardan danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, bunu deyib:
“Son iki mövsümdə “Mançester Yunayted” İngiltərədə “Mançester Siti” istisna olmaqla, ən çox kubok qazanıb. Bunlar faktlar və reallıqdır. Biz də yeni mövsümdə kuboku götürmək əzmindəyik. Əminəm ki, komanda bunu edəcək”.
Niderlandlı mütəxəssis 2022-ci ildən “qırmızı şeytanlar”ı çalışdırır. Onun rəhbərliyi altında komanda İngiltərə kubokunu və Liqa kubokunu qazanıb.
Premyer Liqanın 3-cü turunda “Mançester Yunayted”in “Liverpul”la ev oyunu sentyabrın 1-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin