“Biz də futbol oynamaq istəyirik, amma…” – Noyer

Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyer Bundesliqanın mümkün bərpası haqqında açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu, koronavirus pandemiyası səbəbiylə dayandırılan çempionatla bağlı danışıb:

“Liqaların yenidən başlaması ilə bağlı veriləcək tövsiyə və ya qərarın böyük nəticələri olcaq. Bu qərarlar həvəskar klublara, gənc futbolçulara və digər bütün idman növlərinə təsir göstərəcək. Digər Avropa ölkələrində, hətta dünyanın hər yerində bizi izləyəcəklər. Bu, bizim üçün böyük məsuliyyətdir. Rol modeli olaraq, cəmiyyətin bir parçasıyıq. Biz də futbol oynamaq istəyirik, amma hazırda bu kifayət etmir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button