“Biz dünyanın ən yaxşı klubuyuq” – “Barselona”nın prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta klubu çox yüksək qiymətləndirir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Laporta “Barsa”nın dünyanın ən güclü klubu olduğunu bildirib:

“Barselona”nın brendi güclüdür. Biz dünyanın ən yaxşı klubuyuq. Çempionlar Liqasında 48 qələbəmiz var”.

Aydındır ki, Laporta “Barselona”nın təkcə futbolda (kişilər və qadınlar arasında) deyil, digər idman növlərində, xüsusən də, minifutbol və basketbolda uğurlarını nəzərdə tutub. “Barselona” 5 dəfə – 1992, 2006, 2009, 2011 və 2015-ci illərdə futbol üzrə Çempionlar Liqasının qalibi olub. Bu kuboku daha çox dörd klub qazanıb: “Liverpul” (6), “Bayern” (6), “Milan” (7) və “Real” (15).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button