“Biz döyüşmək üçün doğulmuşuq” – De Paul
Argentinalı yarımmüdafiəçi Rodriqo de Paul DÇ-2022-nin final mərhələsinin Fransa ilə oyunu (3:3, penaltilər – 4:2) barədə fikirlərini bildirib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, “Atletiko”nun futbolçusu hər matçda daha da güclü çıxış etdiklərini dilə gətirib:
“Biz dünya çempionuyuq. Başqa nə deyəcəyimi bilmirəm. Heç ağlıma da gətirməzdim ki, kuboku əlimdə tutacam. Biz döyüşmək üçün doğulmuşuq. Hər bir argentinalı bunu bilir. Hər matçda daha da gücləndik. Bu gün mənim həyatımın ən önəmli günlərindən biridir.
Bu, əbədiyyətin açarıdır. Qələbə qazanmağı bacardığımız üçün tarixdə əbədi qalacağıq. Bunun üçün hər şey edən 26 nəfərin şərəfinə bu gün bayrağımız göyə qaldırılır. Biz buna layiqik”.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Bizi Facebook-da izləyin