“Mançester Yunayted” İtaliya klubunu tələsdirib

“Leççe”nin prezidenti Stiki Damiani müdafiəçi Patrik Dorqunun “Mançester Yunayted”ə getməsi ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri transferin tez baş tutduğunu söyləyib:

“Biz Dorqunu saxlamağa və “Mançester Yunayted”lə yay transferi üçün danışıqlar aparmağa çalışdıq, lakin onlar onu indi istəyirdilər. Başqa yol yox idi, onların da, baş məşqçi Ruben Amorimin də əsas məqsədi Dorqu idi. Dorqu getmək istədi və biz bu transferi həyata keçirdik”.

20 yaşlı futbolçu fevralın əvvəlində “Leççe”dən “Mançester Yunayted”ə keçib. Onun transfer məbləği 30 milyon avro olub.

“Qırmızı şeytanlar” fevralın 7-də İngiltərə kubokunun 1/16 final mərhələsi çərçivəsində “Lester”i qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button