“Deyvisi saxlamaq istəyirik” – “Bayern”in prezidenti
“Bayern”in prezidenti Herbert Hayner komandanın müdafiəçisi Alfonso Deyvisin gələcəyi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbəri kanadalı futbolçunu komandada saxlamaq istədiklərini bildirib:
“Onun klubla 2025-ci ilə qədər müqaviləsi var və o, bizim üçün dünyanın ən yaxşı müdafiəçilərindən birinə çevrilib. Təbii ki, biz onu saxlamaq istəyirik və ümid edirəm ki, o da bunu istəyir”.
Deyvis cari mövsümdə münhenlilərin heyətində bütün turnirlərdə 18 matçda 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin