“Biz daha da təkmilləşməliyik” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 24-cü turunun “Aston Villa” ilə qarşılaşmasından öncə danışıb.

Komanda.az “Metro”-ya istinadən xəbər verir ki, o, qələbə üçün ən yaxşı formada çıxış etmək istədiklərini bildirib:

“Biz daha da təkmilləşməliyik. Rəqib qapısına doğru endirdiyimiz zərbələrin effektivliyi əvvəlki qədər yaxşı deyil. “Aston Villa” ilə oyunda qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını etməliyik”.

“Aston Villa” – “Arsenal” qarşılaşması bu gün saat 16:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button