“Biz daha çox qol vurmalı idik” – Ten Haq
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə kuboku matçında “Viqan” üzərində qələbəni (2:0) şərh edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis bütün diqqəti “Tottenhem”lə oyuna yönəltdiklərini bildirib:
“Kubokda hər şey qalib gəlməkdən ibarətdir, sən öz işinlə məşğul olmaq istəyirsən, bu, nokaut oyunudur. Düşünürəm ki, ilk hissədə 5-6 çox yaxşı şans yaratdıq. Məncə, çox yaxşı oyun oldu. Biz daha çox qol vurmalı idik. Amma qol vurmursansa, diqqətini cəmləməlisən və düşünürəm ki, bu gün bunu bacardıq. Kuboku qazanmağa hələ çox var. Xüsusilə, kubokda matçdan matça getmək lazımdır. Biz indi bütün diqqətimizi “Tottenhem”lə oyuna yönəltmişik”.
“Qırmızı şeytanlar” Premyer Liqanın 21-ci turunda “Tottenhem”lə qarşılaşacaq. Oyun 14 yanvarda, saat 20:30-da start götürəcək.
Bizi Facebook-da izləyin