“Neftçi” kimi bir komandanı aşağı pillələrdə görməyə heç kim alışmayıb” – MÜSAHİBƏ

“Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalovun Komanda.az saytına müsahibəsi:

Azərbaycan Premyer Liqasının 26-cı turunda oyunun əvvəllərindən bir nəfər azlıqda qalan “Turan Tovuz”la matçda qələbə qazana bilmədiz. Səncə, üç xalı əldə etmək üçün nə çatışmadı?

– Bəli, gərgin keçən oyun oldu, ilk dəqiqələrdən çox istəkli idik. Üstün oyun keçirirdik. Rəqibi təzyiqimiz sayəsındə azlıqda qalmağa məcbur etdik. İstədiyimiz qolu da vurmuşduq, çox heyif ki, üstünlüyümüzü sona qədər qoruya bilmədik.

“Neftçi”nin turnir cədvəlindəki mövqeyini necə dəyərləndirirsən?

– Əlbəttə, “Neftçi” kimi bir komandanı aşağı pillələrdə görməyə heç kim alışmayıb. Biz də olduğumuz bu durumdan məmnun deyilik və bunu daha yaxşıya düzəltmək üçün çalışırıq. Azarkeşlər sağ olsun ki, hər bir vəziyyətdə, soyuq, qar, yağış demədən dəstəklərini əsirgərmirlər.

Qarşıda sizi keçmiş komandan “Sabah”la kubok oyunu gözləyir. Nə düşünürsən, səncə, finala çıxa biləcəksiz?

– Bəli, bizi kubokda keçmiş komandama qarşı oyun gözləyir. Hər oyuna necə ciddi yanaşırıqsa, bu matça da həddindən artıq ciddi yanaşıb, meydana qələbə üçün çıxacığıq. Avrokuboklara ən qısa yol budur və bu yoldan da maksimum istifadə etməliyik.

Premyer Liqanın növbəti turunda “Səbail”lə qarşılaşacaqsız. Həmin matçdan gözləntilərin nədir?

– Fasilə öncəsi sonuncu oyundur. “Kəpəz”ə məğlubiyyətdən və “Turan Tovuz”a son dəqiqədə buraxdığımız qoldan sonra üç xalı əldən verdik. Bu oyun vacibdir. Üç xalı qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Turnir cədvəlində “Şamaxı” ilə xal fərqi minimuma enib. Hansısa təzyiq hiss etmirsiz?

– Çempionatda hazırda gərgin mübarizə gedir. Hər bir komanda görünür ki, qələbə qazanmaq üçün vuruşur. Dediyim kimi, öz durumumuzla maraqlanırıq. Çalışmalıyıq qələbələr qazanaq və xallarımızı yığıb, daha üst pillələrdə qərarlaşaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button