
ÇL: “Biz çox üzüldük”
“Milan”ın futbolçusu Joao Feliks komandasının UEFA Çempionlar Liqasından kənarlaşdırılmasını şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu çox üzüldüklərini söyləyib:
“Hər şey nəzarətimiz altında idi, komanda ikinci qolu vurmağa çalışırdı, ancaq sonra hər şey kəskin şəkildə dəyişdi. Biz çox üzüldük”.
“Milan” ilk oyunda 0:1 hesablı məğlubiyyətlə üzləşib, cavab matçı isə heç-heçə yekunlaşıb – 1:1. “Feyenoord” Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlib və burada “Arsenal” və ya “İnter”lə qarşılaşa biər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin