“Çox şadıq ki, Antuan geri qayıtdı”
“Atletiko”nun yarımmüdafiəçisi Aksel Vitsel komanda yoldaşı Antuan Qrizmannın meydana qayıtmasını şərh edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Vitsel fransalı forvardın onlar üçün çox önəmli olduğunu söyləyib:
“Qrizmann meydana çıxacaq? Bəli, əminəm. Bu ona çox güc verir. O, oynamağa hazır olanda və bizimlə olmayanda iki fərqli şey olur. O, bizim üçün çox önəmlidir. Biz çox şadıq ki, Antuan geri qayıtdı”.
Qrizmann bu mövsüm 36 oyun keçirib, 18 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun “Atletiko” ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimidir.
Qrizmann Çempionlar Liqasının 1/8 final mərhələsinin “İnter”lə ilk oyununda (0:1) 78-ci dəqiqədə topuğundan zədələnərək meydanı tərk edib. “İnter”lə cavab oyunu bu gün keçiriləcək.
Bizi Facebook-da izləyin