“Bu klubda uduzmaq yolverilməzdir” – “Mançester Yunayted”in futbolçusu
“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines İngiltərə Premyer Liqasının 17-ci turunda “Bornmut”la oyunda (0:3) məğlubiyyəti şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu bu komandada uduzmağın yolverilməz olduğunu söyləyib:
“Biz çox məyus olduq. Düşünürəm ki, çox yaxşı oynayırıq, çoxlu imkanlar yaradırıq, amma təəssüf ki, qol vura bilmirik. İndi bir neçə şeyi tənzimləməliyik, xüsusən də, təyinatlı hissələrdə, ilk qolu vuraraq oyunlara başlamalıyıq. Biz bunun üzərində işləmək istəyirik. Düşünürəm ki, bizim əla məşqçimiz və gözəl komandamız var.
İndi şansımız var, çünki bilirik ki, bu klubda uduzmaq yolverilməzdir. Biz hər şeyi dəyişdirmək üçün buradayıq. Təbii ki, biz daha yaxşısına layiqik. Mən bu klubda işıq görürəm və düşünürəm ki, buna nail olacağıq.
Oyunlarda görürsən ki, biz inkişaf edirik. İnanmalıyıq, amma təbii ki, belə bir nəticəni qəbul etmək çətindir. Mənim komandamıza böyük inamım var ki, dediyim kimi, vəziyyəti dəyişəcəyik”.
Bizi Facebook-da izləyin