“Çempionluq üçün hər şey etməliyik” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri yeni mövsümdə komandadan nə gözlədiyini açıqlayıb.

Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, o, çempionluq üçün hər şey etməli olduqlarını deyib:

“Keçən il heç bir kubok qazana bilmədik. Biz qalib gəlməyə başlayırıq və hazırda Di Maria, Poq Poqbanın transferi, Federiko Kyezanın qayıtması komandanı daha rəqabətli edir. Qələbə qazanmaq heç vaxt asan deyil və biz çempionluq üçün hər şey etməliyik. İlk üç ay xüsusilə vacib olacaq”.

“Yuventus” İtaliya A Seriyasının son mövsümündə 70 xal toplayaraq, çempionatı 4-cü pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button