“Biz buyuq!” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo UEFA Avropa Liqasının 1/4 finalının “Feyenoord”la ilk oyunundan sonra (0:1) açıqlama verib.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, o, Paulo Dibala və Temmi Abrahamın zədələnərək meydanı tərk etməsi haqda fikir bildirib:

“Hazırda onların durumu ilə bağlı məlumatım yoxdur. Oyun zamanı həkimlərdən ətraflı məlumat almaq üçün vaxtım olmadı”.

Portuqaliyalı mütəxəssis oyunçularının ləyaqətlə çıxış etdiyini vurğulayıb:

“Hücumda Erlinq Halandımız yoxdur. Biz buyuq! Hər zaman əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Futbolçularım ləyaqətlə oynadılar, güc sərf etdilər. Qalib gəlmək şansımız var idi. Lakin alınmadı və uduzduq”.

“Roma” – “Feyenoord” cütünün cavab qarşılaşması aprelin 20-də, İtaliyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button