UEFA prezidenti: “Biz bütün stadionlarda daha sərt olmalıyıq”
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin irqçilik anlarında matçları dayandırmağa çağırıb.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, qurumun prezidenti daha sərt olmalı olduqlarını bildirib:
“Hakimlər oyunu dayandırmalıdırlar. Biz bütün stadionlarda daha sərt olmalıyıq. Mən təklif edirəm ki, Banqkokda keçiriləcək növbəti FİFA konqresində çox güclü qətnamə qəbul etmək üçün birlikdə çalışaq”.
Aleksander Çeferin 14 sentyabr 2016-cı ildə UEFA-nın prezidenti seçilib. 2023-cü il aprelin 5-də, UEFA-nın növbəti konqresində sloveniyalı futbol funksioneri səs çoxluğunu qazanaraq üçüncü müddətə yenidən təşkilatın rəhbəri olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin