ÇL: “Biz bütün qəlbimizlə oynadıq” – Pioli

“Milan”ın baş məşqçisi Stefano Pioli komandasının Çempionlar Liqasında PSJ üzərində qazandığı qələbəni şərh edib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, komandasının rəqibə qarşı yaxşı oynadığını söyləyib:

“Biz bütün qəlbimizlə oynadıq. İstədiyimiz bu idi. Möhtəşəm rəqibə qarşı komanda şəklində işləməyi bacardıq. İndi ixtiyarımızda daha çox oyunçu var və bu, bizim üçün daha yaxşıdır. Komanda yaxşı çalışdı və qələbəyə layiq idi. İndi Dortmund “Borussiya”sına qarşı yaxşı oynamalıyıq”.

“Milan” Çempionlar Liqasının qrup mərhələsinin 4-cü tur matçında PSJ-yə 2:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button