“Biz burada oyunçu müqaviləsi xəbərlərini müzakirə etmirik!” – Slot
“Liverpul”un baş məşqçisi Arne Slot müdafiəçilər Vircil van Dayk və Trent Aleksandr-Arnold, eləcə də hücumçu Məhəmməd Salahın gələcək taleyi ilə bağlı sualı cavablandırıb.
Komanda.az xəbər verir ki, niderlandlı çalışdırıcı mətbuat konfransında oyunçu müqaviləsi xəbərlərini müzakirə etmədiklərini bildirib:
“Bu suala məndən yenə darıxdırıcı cavab alacaqsız. Biz burada oyunçu müqaviləsi xəbərlərini müzakirə etmirik! Onların vəziyyətləri heç bir şəkildə əngəllənmir. Biz bir komanda kimi işləyirik və hər bir oyunçudan ən yaxşısını almağa çalışırıq”.
Bu futbolçuların klubla hazırkı müqavilələri 2025-ci ilin ortalarına qədər qüvvədədir.
“Liverpul” Premyer Liqada növbəti matçını sentyabrın 14-də “Nottingem Forest”ə qarşı keçirəcək.
Bizi Facebook-da izləyin