“Bu oyunu səbirsizliklə gözləyirik”
“Atletik”in baş məşqçisi Ernesto Valverde komandasının “Barselona” ilə qarşılaşacağı İspaniya superkubokunun yarımfinal oyunundan gözləntilərini bölüşüb.
Komanda.az Bilbao klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bu oyunu səbirsizliklə gözlədiklərini bildirib:
“Biz bu oyunu səbirsizliklə gözləyirik. Məqsədimiz bizdən asılı olan hər şeyi etməyə çalışmaqdır. Görünən odur ki, bizi böyük rəqiblə çətin oyun gözləyir. Mövsümün ilk hissəsində “Barselona” inanılmaz fərq yaratdı, müqavimət göstərmək mümkün olmasa da, son bir ay yarımda istənilən nəticəni əldə edə bilməyiblər. Ancaq qeyd etmək lazımdır ki, onlar meydanda üstünlük təşkil etməyə davam edirlər”.
“Atletik” və “Barselona” bu gün, Səudiyyə Ərəbistanında üz-üzə gələcək.
Bizi Facebook-da izləyin