Ten Haq Sanço haqda: “Bu mübahisənin üstündən xətt çəkmişik”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın cinah yarımmüdafiəçisi Ceydon Sanço ilə münaqişəsindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis artıq münaqişənin həll olunduğunu bildirib:

“Biz bu mübahisənin üstündən xətt çəkmişik. “Mançester Yunayted”in futbolçulara ehtiyacı var və Ceydon Sanço yaxşı oyunçudur. Biz bunu həll etmişik və irəliləyirik”.

Erik ten Haq ötən ilin payızında Ceydon Sançonun yaxşı məşq etmədiyini, ona görə də, onun oyunların iştirak ərizəsinə daxil edilmədiyini bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button