
“Biz bu matçda əziyyət çəkdik” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada “Brayton” üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Komanda.az “Eurosport”-a istinadən xəbər verir ki, o, eyni zamanda Dokunun oyunundan söz açıb:
“Brayton” inanılmaz keyfiyyətə malikdir və biz bu matçda əziyyət çəkdik. Doku müstəsna oyun oynadı və bizə kömək etdi. Vəziyyətləri tez başa düşür.
55-60 dəqiqə çox yaxşı oynadıq, qol vurmaq şanslarımız çox oldu. Sonda biz bütün qəlbimizlə müdafiə olunduq”.
“Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlində 9 turdan sonra 21 xalla birinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin