“Biz böyük uğurlara öyrəşən komandayıq”

“Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar UEFA Avropa Liqasının 1/4 finalının “Mançester Yunayted”lə cavab qarşılaşmasından sonra (3:0) danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, azarkeşlərin güvənini boşa çıxarmadığını dilə gətirib və asan qələbə qazanmadıqlarını diqqətə çatdırıb:

“Biz böyük uğurlara öyrəşən komandayıq. Ən yaxşı oyunumuzu göstərmədiyimiz halda, heç-heçə əldə etdiyimiz Mançesterdəki matçın gərginliyini geridə buraxdıq.

Azarkeşlər bizə inanırdı. Biz də onların güvənini boşa çıxarmadıq. “Mançester Yunayted”i heç bir problemləri olmayan dövrdə məğlub etmək çox təəccüblüdür. Bu, asan olmadı”.

İki oyunun nəticəsinə əsasən, La Liqa klubu “qırmızı şeytanlar”ı 5:2 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.

Yarımfinalda onların rəqibi İtaliya “Yuventus”u olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button