
“Biz başladığımız işi başa çatdırdıq” – İnzaqi
“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasında başa çatan mövsümdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İnzaqi başa çatan mövsümü möhtəşəm adlandırıb:
“İnter” möhtəşəm mövsümü başa vurdu. Komanda xeyli yol qət etdi və vaxtından əvvəl skudettonu qazandı. Biz başladığımız işi başa çatdırdıq”.
“İnter” çempionatın son turunda “Verona” ilə məhsuldar heç-heçə (2:2) edib.
“Neradzurra” A Seriyasında ikinci pillədəki “Milan”ı 19 xal qabaqlayaraq çempion olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin