“Biz azarkeşlər, bütün Ukrayna üçün oynamalıyıq” – Şevçenko
Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə keçiriləcək oyunun əhəmiyyətini qeyd edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, Şevçenko Şotlandiya ilə matçı ölkəsnin ümidi adlandırıb:
“Şotlandiya ilə oyun ölkənin ümididir. Dünya çempionatına vəsiqə hazırda Ukrayna üçün son dərəcə vacibdir. Komandanın motivasiyası inanılmazdır. Məncə, komandamız nəticə ilə bağlı fikirləri bir kənara qoyub, oyunun özünə diqqət yetirməlidir. Biz azarkeşlər, bütün Ukrayna üçün oynamalıyıq. İnanıram ki, qələbə qazanıb, sonra Ueli məğlub edib, dünya çempionatına çıxa bilərik. Futbolçular nə etməli olduqlarını bilirlər”.
Ukrayna millisi bu gün DÇ-2022-yə vəsiqə qazanmaq uğrunda yarımfinal oyununda Şotlandiya ilə qarşılaşacaq. Bu görüşün qalibi finalda Uels yığması ilə görüşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin