
Qapalı oyuna görə tənqid olunan Qvardioladan açıqlama
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının hazırkı durumu barədə fikirlərini bölüşüb.
Son günlər “şəhərlilər”in “Arsenal”la səfər matçında (1:1) çox qapalı oyun sərgilədiyi üçün tənqidlər səslənirdi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis isə bunun inkişaf yolunda bir mərhələ olduğunu bildirib:
“Biz addım-addım daha yaxşı olacağıq. “Mançester Yunayted” və “Napoli” ilə oyunlarda çox şey xoşuma gəldi. “Arsenal” isə başqa bir vəziyyət idi. Mənim komandalarım əvvəllər də belə oynamışdı, amma o qədər də uğurlu alınmırdı. İndi isə bunun gələcəkdə müsbət nəticə verəcəyinə inanıram”.
“Mançester Siti” bu gün Liqa kubokunda “Haddersfild”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



