DÇ-2022: “Biz ən yaxşı formada deyildik” – Maquayr
İngiltərə millisinin müdafiəçisi Harri Maquayr DÇ-2022-nin qrup mərhələsinin ikinci turunun matçında ABŞ-la heç-heçə (0:0) etmələri haqda danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, “Mançester Yunayted”in futbolçu ABŞ millisinin çox yaxşı mübarizə apardığını deyib:
“Qarşımıza yüksək hədəflər qoyuruq və hər matçda qalib gəlmək istəyirik. Lakin bu, dünya çempionatıdır. Burada güclü komandalara qarşı oyunlar keçiririk. ABŞ çətin rəqib idi. Çox yaxşı oynadılar. Biz ən yaxşı formada deyildik və üzərində işləyəcəyimiz çox şey var”.
Maquayr azarkeşlər barədə də fikir bildirib:
“Hər oyunda qalib gəlmək istəyirik. Azarkeşlər də çoxlu qol görmək istəyirlər. Ancaq bəzən qalib gəlmək mümkün olmur”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin