“Biz əmin olmalıyıq ki, Messi tam sağlamdır”
“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino Amerika kubokunda zədələnən hücumçu Lionel Messinin sağalmasından danışıb.
Komanda.az “goal”-a istinadən xəbər verir ki, argentinalı çalışdırıcı Messinin getdikcə yaxşılaşdığını bildirib:
“Son həftələrdə Leo klubun həkimlərinin nəzarəti altında topla işləyirdi. O, komanda ilə işləməkdə getdikcə yaxşılaşır. Onun zədəsinin sağalması təxminən 6 həftə çəkir, ona görə də, sakit qalmalıdır. Biz əmin olmalıyıq ki, Messi tam sağlamdır”.
36 yaşlı argentinalı futbolçu ötən yay Amerika klubuna keçib. Onun müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin