“Biz əla komanda olduğumuzu göstərdik” – İnzaqi
“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə “Benfika” ilə heç-heçə (3:3) haqda danışıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, komandasının çıxışından çox razı qaldığını bildirib:
“Oyuna zəif başladıq, konsentrasiyamız çatışmırdı. Birinci hissədən sonra toparlandıq ki, hər birimiz daha çox şey edə bilək. Rəqibə çox yaxşı cavab verdik və hesabı bərabərləşdirə bildik. Bizim böyük komandamız var, yaxşı işləyirik və uğurdan həzz almaq istəyirik.
Bu günün çətin olacağını bilirdik və belə də oldu. Oyunçular əla əhval-ruhiyyəyə malikdirlər. Biz əla komanda olduğumuzu göstərdik”.
Beş turdan sonra “İnter” D qrupunda 11 xalla ikinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin