
“Bizə yaraşmayan mövsüm oldu” – Samir Abasov
Azərbaycan Premyer Liqasında 36-cı – son turun matçları çərçivəsində “Neftçi” səfərdə “Sabah”a 0:1 hesabı ilə məğlub olub.
Komanda.az xəbər verir ki, matçdan sonra “Neftçi”nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:
“Seleksiya işinə çoxdan start vermişik. Bu yolda da komanda olaraq, məşqçi olaraq, bu işdə çalışanlar olaraq, bu nə qədər açıqlanmasa da, yaxşı yol seçmişik. Seçimlərdə çalışırıq ki, diqqətli olaq. Buna çox güc sərf edirik. Baxdığımız, danışdığımız oyunçular var. O işə daha çox köklənmişəm. Son illərdə problemlər yaşamışıq seleksiya ilə bağlı, bunu aradan qaldırmağa çalışacağıq. Çox çətin period bizi gözləyir. Amma bu vaxta kimi də gördüyümüz işlər açıqlanmasa da, yaxşı iş görmüşük. Təki nəticəsi olsun. Transferlər olanda, görəcəksiz. Bu oyunçular klub tərəfdən açıqlana da bilər. Transferləri 1-2 aydan sonra da gətirə bilərik.
Azarkeşin qarşısında rahat danışmaq üçün nəticəni, oyunumuzu düzəltməliyik ki, sonra ətrafda baş verən proseslərə köklənək. Bizə yaraşmayan mövsüm oldu. Katastrofaya yaxın bir şey oldu. Bunları masaya qoyub, danışa bilmərik. Dilimiz qısadır. İşlədiyimiz klub bizim istəklərimizi üstələyir. Azarkeşin istədiyi şeylər var. Biz avrokuboklarda oynamalıyıq. Həmin avrokuboklarda oynaya-oynaya işimizi düzgün görməliyik”.
Bizi Facebook-da izləyin


