“Onun “Real”ı tərk etməsi üçün heç bir əlavə razılaşma olmayacaq” – Beylin meneceri
İspaniyanın “Real” klubunun üzvü Qaret Beylin meneceri olan Conatan Barnett futbolçunun transfer vəziyyəti ilə bağlı açıqlama verib.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, meneceri Beylin icarəyə göndərilməyəcəyini deyib:
“Onun “Real”ı tərk etməsi üçün heç bir əlavə razılaşma olmayacaq. Beyl dünyanın ən yaxşı futbolçularından biridir. Zəmanət verə bilərəm ki, futbolçu heç bir kluba icarə əsasında getməyəcək. Beyl hazırda “Real”ın futbolçusudur və bu, belə də qalır. Bizə uyğun bir təklif gələcəyi halda, bu vəziyyət dəyişə bilər və o, bir günün və ya həftənin içərisində gedə bilər. Ya da, Beyl müqavilə müddəti bitənə qədər – daha üç il “Real”ın futbolçusu olaraq qalar”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin