“Mən baş məşqçiyəm, gözətçi deyiləm” – Alleqri
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri, futbolçularının Çempionlar Liqasında “Atletiko”ya 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra təşkil etdikləri parti haqqında açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, məsələylə bağlı açıqlama verərək, bunları deyib:
“Mən baş məşqçiyəm, gözətçi deyiləm. Bundan başqa, o sadəcə bir axşam yeməyi olub, uşaqlar da əylənib. Mən buna görə şadam. Eyni zamanda, sonrakı oyunda qalib gələrək, “Napoli”ni məğlub etdik. Bizə şans gətirdi”.
İtaliya mətbuatı “qoca sinyora”nın futbolçularının Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra Turində parti təşkil etdiklərini yazmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin