“Mançester Yunayted”in kapitanını ən çox narahat edən məsələ

“Mançester Yunayted”in kapitanı Bruno Fernandes komandanın çatışmayan cəhətlərindən danışıb.

28 yaşlı yarımmüdafiəçi bazar günü Premyer Liqada “Brayton”la matçda penaltidən fəqlənib. Ancaq bu, onun komandasına kifayət etməyib. Rəqib bundan sonra “Old Trafford”da qələbəni təmin etmək üçün üç qol vurub.

Komanda.az “UtdDistrict”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu onlara oyunçuların özlərinə inamlarının lazım olduğunu deyib:

“Məni ən çox narahat edən şey gördüyümüz işlərə inamın olmamasıdır. Kiminsə komandanın xeyrinə oynamaq cəhdi ilə topu itirməsinə etiraz etmirəm. Bizə oyunçuların özlərinə inanmaları lazımdır”.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 22 turdan sonra 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button