“Mançester Yunayted”in sahibi kapitanı təriflədi: “Fantastik oyunçudur”

“Mançester Yunayted”in sahibi Cim Ratkliff komandanın kapitanı, portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandes haqda danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, klub prezidenti Fernandesin fantastik oyunçu olduğunu söyləyib:

“Biz bilirik ki, komandada əla futbolçular var və kapitan fantastik oyunçudur. Bizə mütləq Bruno lazımdır, o, fantastik oyunçudur”.

Fernandes bu mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button