“Deyəsən, “qoca” Qrizmannı oyunu idarə edən görürük” – Simeone
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 11-ci turunda “Betis”i məğlub etdikdən (2:1) sonra futbolçularının işə yanaşmasından və hücumçu Antuan Qrizmannın əvvəlki formasına qayıtmasından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, futbolçularının yaxşı nəticə göstərdiyini deyib:
“Sevilya”dan sonra oyunlara yanaşmamızı yaxşılaşdırdıq. İstedad olanda işə düzgün münasibət olur. Bu, daha vacibdir. Uşaqlar “Betis”lə matçda yaxşı nəticə göstərdi. Mövsüm irəlilədikcə bütün oyunçulara ehtiyacımız olacaq.
Elə məqamlar var ki, onları yaxşılaşdırmalıyıq. Aydındır ki, bu barədə öz aramızda danışmalıyıq. Bu, məşqçilər heyəti olaraq bizim işimizdir.
Deyəsən, “qoca” Qrizmannı oyunu idarə edən görürük. Bizə liderlər lazımdır. O, komanda yoldaşlarını başa düşür və bizdə yaxşı komanda ruhu var”.
Qrizmann “Betis”lə matçda dubl edib.
Bizi Facebook-da izləyin