“Bizə Keynin qolları lazımdır” – “Bayern” rəsmisi

“Bayern”in idman direktoru Maks Eberl hücumçu Harri Keynin oyununu qiymətləndirib. İngiltərəli hücumçu keçən ilin noyabrından bəri qol vurmayıb.

Komanda.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, klub rəsmisi onlara Keynin qollarının lazım olduğunu deyib:

“Harri ən kiçik problemimizdir. Belə bir vəziyyətdə narahat olmaq olar, amma bu, gənc oyunçularla bağlıdır. Keynin karyerasında çoxsaylı yüksəlişlər olub, enişlər də baş verib. O, çoxundan fərqli olaraq, bu enişlərlə başa çıxmağı bacarır. Üstəlik, onun zədəsi də olub. Əlbəttə, bizə Harri Keynin qolları lazımdır. O, bunu bilir və özü də, çox ehtimal ki, özünə qarşı daha tənqidi yanaşır. Amma mən düşünmürəm ki, bu, onun psixoloji vəziyyətinə mənfi təsir göstərir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button