“Barselona”ya iki müdafiəçi və bir hücumçu lazımdır” – Rivaldo

“Barselona”nın sabiq hücumçusu Rivaldo klubun yay transfer pəncərəsində necə güclənməli olduğu haqda danışıb.

Komanda.az “Betfair”-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, Kataloniya klubuna üç böyük futbolçunun lazım olduğunu bildirib: 

“Barselona”nı gücləndirmək üçün komandaya iki-üç oyunçu dəvət etmək lazımdır. Heyəti gücləndirməliyik ki, komanda La Liqada, Çempionlar Liqasında və ölkə kubokunda qələbələr üçün mübarizə aparsın. Klubun növbəti mövsümdə yeni addım atması üçün üç böyük futbolçu kifayət edəcək. Bizə iki müdafiəçi və bir hücum oyunçusu lazımdır”.

“Barselona” ötən mövsümü İspaniya çempionatında 2-ci yerdə başa vurub. Komanda UEFA Çempionlar Liqasının 1/4 finalında PSJ-yə məğlub olaraq (3:2, 1:4), mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button