“Bizə yaxşı oyunla qələbə lazım idi” – “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un baş məşqçisi Arne Slot bu turnirdə “Ayntraxt”la (Frankfurt) oyundan (5:1) sonra fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əvvəlki matçlarla bu oyunun əsas fərqini açıqlayıb:

“Bizə qələbə, daha da çox, yaxşı oyunla qələbə lazım idi. Bu gün buna nail olduq. Görünür, “Ayntraxt”ın ilk şansı onların yeganə şansı idi, demək olar ki, heç nəyin yaranmasına imkan vermədik”.

“Liverpul” bu dəfə ilk qolu buraxsa da, məğlubiyyət seriyasına son qoyub.

“Qırmızılar”ın Çempionlar Liqasının üç turundan sonra 6 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button