
“Birlikdə oynadığım ən ağıllı futbolçu Dembeledir”
“Barselona”nın keçmiş yarımmüdafiəçisi Frank Kessye ən ağıllı komanda yoldaşının adını açıqlayıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi birlikdə oynadığı ən ağıll futbolçunun Osman Dembele olduğunu bildirib:
“Birlikdə oynadığım ən ağıllı futbolçu kim idi? Bu, Osman Dembeledir”.
Kessye və Dembele 2022/23 mövsümündə “Barselona”da birgə çıxış ediblər.
27 yaşlı futbolçu hazırda “Əl-Əhli”nin heyətində Səudiyyə Ərəbistanı çempionatında oynayır. O, cari mövsümdə 6 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin