
Bekhem onu “ən yaxşı kapitan” adlandırdı
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem “Mançester Yunayted”in keçmiş futbolçusu Roy Kini karyerasında ən yaxşı kapitan adlandırıb.
Komanda.az “CBS Sports”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Birlikdə oynadığım ən yaxşı kapitan Roy Kindir”.
Roy Kin “Nottingem Forest”, “Mançester Yunayted” və “Seltik”, həmçinin, İrlandiya millisində çıxış edib. O, 2006-cı ildə karyerasını bitirib.
Bekhem “Mançester Yunayted”, “Real”, “Milan”, “Los Anceles Qalaksi” və PSJ-də oynayıb. Sabiq futbolçu hazırda “İnter Mayami”nin ortaq sahibidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



