“Birinci qol mübahisəli idi” – Mahmud Qurbanov
“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 18-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:3 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu il sonuncu rəsmi oyunumuz idi. Rəqib nə qədər güclü olsa da, qələbə qazanmaq istəyirdik. Ən azından heç-heçə etməyə çalışırdıq. Oyuna heç də pis başlamadıq. Birinci hissədə demək olar ki, rəqibə qol epizodları vermədik. İkinci hissədə yorğunluq və rəqib futbolçuların ustalığı məğlub olmağımıza gətirib çıxardı. Futbolçularım əllərindən gələni etdilər. Birinci hissədə müdafiədə səhvlər etmədik. İkinci hissədə isə yorğunluq öz sözünü dedi. Bizim ehtiyat qüvvəmiz o qədər deyil ki, hansısa dəyişiklər edək. Bəzi futbolçuların yorulduğunu biz də görürdük. Birinci qol məncə, mübahisəli idi. İndi baxdığıma görə, orada Ağabala Ramazanovu yıxmışdılar. Ayağına təmas var idi.
Bu il bizim üçün heç də yaxşı keçmədi. Olanımız budur. Çalışacağıq ki, dəyişikliklər edək. Belə oynaya bilmərik. Qışda normal futbolçu tapmaq çox çətin məsələdir. Amma axraracağıq. Tapa bilsək, komandaya cəlb edəcəyik. Bəzi futbolçular komandanı tərk edə bilər. Normal oyunçu tapdığımız təqdirdə onlarla yolları ayırmağa çalışacağıq. Bizə mərkəz müdafiəçisi və forvard lazımdır. Amma hələ rəsmi heç nə yoxdur”.
Bizi Facebook-da izləyin