“Birinci qapıçı yeri uğrunda mübarizə aparmaq üçün “Liverpul”a gedirəm”

“Valensiya”nın qapıçısı Giorgi Mamardaşvili “Liverpul”a keçidindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gürcü qolkiper tam gücü ilə məşq etmək üçün “Liverpul”a getdiyini bildirib:

“Birinci qapıçı yeri uğrunda mübarizə aparmaq üçün “Liverpul”a gedirəm. Tam gücümlə məşq etmək üçün ora gedəcəm, amma nə qərar verəcəklərini bilmirəm. Kimin oynayacağı və kimin oynamayacağına mən qərar vermirəm”.

24 yaşlı futbolçu bu mövsüm 24 matçda iştirak edib, 40 qol buraxıb və 5 dəfə qapısını toxunulmaz saxlamağı bacarıb. Hazırda “Liverpul”un əsas qapıçısı Alisson Bekkerdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button