Birinci liqanın 4 klubu cərimə edildi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda 1-ci liqanın 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
22-ci turun “İrəvan” – “Şamaxı” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “İrəvan” klubu 80 manat cərimə edilib.
MOİK – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilib.
22-ci turun “Difai Ağsu” – “İmişli” oyununda “Difai Ağsu” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilib.
“Karvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin