
Birinci Liqa klubu iranlı futbolçu ilə müqavilə bağlayıb
Transfer çalışmalarını davam etdirən 1-ci Liqa klubu “Zaqatala” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, bölgə təmsilçisi iranlı futbolçu Matin Qahremanini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Matin daha öncə 2022/23 mövsümündə “Zaqatala”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin