“Araz Naxçıvan” – çempion!

Azərbaycan birinci divizionunda 27-ci tura start verilib. 

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. “Qarabağ”la “Sumqayıt”ın əvəzedicilərinin görüşündə qonaqlar qələbə qazanıblar. “Kəpəz-2” də səfərdə “İmişli”ni məğlub edib. “Neftçi” və “Turan Tovuz”un ikinci komandalarının görüşündə qalib müəyyənləşməyib. “Zaqatala” isə “Zirə”nin əvəzedicilərini 3 cavabsız qolla yenib.

Sonuncu oyun günündə daha 3 görüş baş tutub. “Səbail-2” “Qəbələ-2” ilə ev oyunundan minimal hesabla qalib ayrılıb. MOİK səfərdə “Mingəçevir”i məğlub edib. “Araz Naxçıvan” isə “Qaradağ Lökbatan”la səfər oyununda inamlı qələbəyə sevinib. Nəticədə Muxtar Respublika təmsilçisi 25 oyundan sonra xallarının sayını 63-ə çatdırıb. Ən yaxın izləyicisi “Neftçi”ni 11 xal qabaqlayan naxçıvanlılar mövsümün sonuna 3 tur qalmış qızıl medalları təmin edib.

Birinci divizion, 27-ci tur

3 may

Qarabağ-2 – Sumqayıt-2 0:1
Qol
: Rüfət Abdullazadə, 13-pen.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Aydın Bəxşiyev, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Binə qəsəbə stadionu, 16:00
 
Zaqatala – Zirə-2 3:0
Qol
: Bəhruz Teymurov, 15; 40; 52.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Anar Bədəlov, Elvin Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00

Neftçi-2 – Turan Tovuz-2 2:2
Qol
: Elşad Tağıyev, 16. Həbib İsmayılov, 37 – Famil Camalov, 63. Hüseyn Hüseynov, 85.
Hakimlər: Kamal Umudlu, Ruslan Quliyev, Rasim Axundov, Namiq Bəkirov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00

İmişli – Kəpəz-2 1:2
Qol
: Elşad Tağıyev, 16. Həbib İsmayılov, 37 – Famil Camalov, 63. Hüseyn Hüseynov, 85.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Şamil İmanzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30

4 may

Səbail-2 – Qəbələ-2 1:0
Qol
: Rasim Həsənov, 86.
Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Asiman Əzizli, Əli Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”, 16:00

Qaradağ Lökbatan – Araz Naxçıvan 0:2
Qol
: Orxan Əliyev, 17-pen. Bayraməli Qurbanov, 45.
Hakimlər: Nicat İsmayıllı, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rəsul Babayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30

Mingəçevir – MOİK 0:2
Qol
: Ramil Orucov, 16. Elmir Rəhimzadə, 72.
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Zakir Şükürzadə, Tural İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button