
Birinci divizionda püşkatma mərasiminin vaxtı açıqlandı
Futbol üzrə Azərbaycan 1-ci divizionunda 2021/2022-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Komanda.az xəbər verir ki, mərasim 18 avqust tarixində AFFA-nın inzibati binasında baş tutacaq.
Saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək tədbirə klub və KİV nümayəndələri dəvətlidir.
Qeyd edək ki, 1-ci divizionda yeni mövsüm 13 sentyabrda start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin