Birinci divizionda biabırçılıq: MOİK-in oyunu niyə başlamır?

Birinci divizionun 21-ci turunun MOİK – “Qaradağ Lökbatan” oyunu təyin edilən vaxtda başlamayıb.
Buna səbəb təcili tibbi yardım maşınının stadiona gəlməməsidir.

Bu barədə Komanda.az-a PFL-in texniki idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib:

“Oyunun startı üçün tələb olunan təcili tibbi yardım maşını gəlmədiyi üçün qarşılaşma nəzərdə tutulan vaxtda başlamayıb”.

Oyun bu gün, saat 15:00-da başlamalı idi. Lakin qarşılaşma hələ də start götürməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button