“Araz Naxçıvan” səfərdə, “Neftçi” evdə qələbə qazandı

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 16-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. “Kəpəz”in ikinci komandası “Zirə”nin əvəzedicilərini minimal hesabla məğlub edib. “Turan Tovuz” isə Şamaxı səfərində 3 xala sevinib. “İmişli” doğma meydanda “Qəbələ-2” qarşısında aciz qalıb.

Turun qalan oyunları bu gün keçirilib. “Qarabağ”ın əvəzediciləri doğma meydanda “Araz Naxçıvan”a uduzub. “Zaqatala” ilə MOİK-in görüşündə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib. “Neftçi”nin əvəzediciləri isə “Mingəçevir” üzərində qələbəyə seviniblər.

Birinci divizion, 16-cı tur
7 fevral

Kəpəz-2 – Zirə-2 1:0
Qol:
Elnur Cəfərov, 90.

Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Anar Bədəlov, Şamil İmanzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

Şamaxı-2 – Turan Tovuz-2 2:3
Qol:
Qurban Səfərov, 27. Tapdıq Əhmədov, 52 – Nazim Həsənzadə, 70. Akif Tağıyev, 71. Rəşad Əliyev, 82.

Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Aydın Bəxşiyev, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu, 14:00.

İmişli – Qəbələ-2 0:2
Qol:
Rauf Məhərrəmov, 50. Xəyyam Məmmədli, 90+3.

Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Asif Abdullayev, Mahmud Bağırzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elman Musayev
Saatlı OİK stadionu, 14:00.

8 fevral

Qarabağ-2 – Araz Naxçıvan 1:2
Qol:
Hüseyn Hüseynli, 13 – Orxan Əliyev, 63; 71.

Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Zakir Şükürzadə, Əli Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Binə qəsəbə stadionu, 14:00.

Zaqatala – MOİK 2:2
Qol:
Bəhruz Teymurov, 83. Cəlal Cəbrayılov, 90+4 – Muxtar Nəzərli, 3. Elşən Veysov, 80.
Qırmızı vərəqə: Cavid Quliyev, 32 – ikinci sarı vərəqə (MOİK)

Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zaqatala OİK stadionu, 14:00.

Səbail-2 – Qaradağ Lökbatan 3:0
Qol:
Elvin Valiiev, 9. Xəyal Bədirov, 26. Balamirzə Soltanov, 60.
Qırmızı vərəqə: Xəyal Bədirov, 71 – ikinci sarı vərəqə (Səbail-2)

Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Tural İbrahimov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
“ASCO Arena”, 14:00.

Neftçi-2 – Mingəçevir 2:1
Qol: Aqşin Abazərov, 81; 88 – İbrahim Camalov, 41.
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Rasim Axundov, Rəsul Babayev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 15:00.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button