Birinci divizion komandasında baş məşqçi istefası
Azərbaycanın 1-ci divizionunda növbəti baş məşqçi istefası reallaşıb. “Mingəçevir”ə rəhbərlik edən Şəhruz Mustafayev işindən ayrılıb.
Komanda.az xəbər verir ki, ötən ilin dekabrından Mingəçevir təmsilçisinə baş məşqçi təyin olunan Mustafayev komandanın “sükanı arxasında” keçirdiyi 6 görüşdə 2 heç heçə və 4 məğlubiyyətlə üzləşib. İstefanın səbəbi də onun cari mövsümdə “Mingəçevir”ə qələbə qazandıra bilməməsidir.
Bölgə klubunda bu mövsüm artıq 2-ci məşqçi istefası reallaşır. Daha öncə Azər Həşimov da öz istəyi ilə “Mingəçevir”lə yolları ayırmışdı.
Yeni baş məşqçinin kimliyinə yaxın günlərdə aydınlıq gələcək.
“Mingəçevir” cari mövsümdə keçirdiyi 20 oyunda 15 xal yığıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin