Birinci divizion klubu diktora görə cərimə ödəyəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda birinci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul ediılib:

Birinci divizionun 18-ci turunun “Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt-2”nin futbolçusu Nurlan Bayramov birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb və klub 160 manat cərimə edilib.

18-ci turun “Kəpəz-2” – “Qəbələ-2” oyununda təcili tibbi yardım maşınının oyuna gecikməsinə görə meydan sahibi klub 160 manat cərimə edilib.

18-ci turun “İmişli” – MOİK oyununda MOİK klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

“İmişli”nin diktoru tərəfindən əsasnamənin pozulmasına görə klub 40 manat cərimə edilib.

 18-ci turun “Zaqatala” – “Qaradağ Lökbatan” oyununda polis nümayəndəsinin oyuna gecikməsinə görə “Zaqatala” klubu 160 manat cərimə edilib.

18-ci turun “Şamaxı-2” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan” klubunun nümayəndəsi iclasa gəlmədiyinə görə klub 80 manat cərimə edilib.

“Şamaxı-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

“Araz Naxçıvan” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

18-ci turun “Neftçi-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının oyunçusu Bəşir Ayralov təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb və klub 160 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button