“Qarabağ”, “Neftçi” və “Zirə”dən darmadağın

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 25-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Səfərdə MOİK-lə qarşılaşan lider “Araz Naxçıvan” bu rəqibinə də qalib gəlib. “Zaqatala” doğma meydanda “Kəpəz-2”, “Qaradağ Lökbatan” “Turan Tovuz-2”, “Mingəçevir” isə “Qəbələ-2” üzərində qələbəyə sevinib.

“Səbail-2” – “Zirə-2” oyununda qonaqlar 3 cavabsız qolla qalib gəlib. “Qarabağ-2” doğma meydanda “Şamaxı-2”-ni, “Neftçi-2” – isə “Sumqayıt-2”-ni böyük hesabla məğlub edib.

Birinci divizion, 25-ci tur

17 aprel

MOİK – Araz Naxçıvan 1:2
Qol
: Muxtar Nəzərli, 86 – Fərid Kərimzadə, 21. Xəyal Tomarov, 62.
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Asiman Əzizli, Rövşən Rəcəbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elman Musayev
Binə qəsəbə stadionu, 15:00

Zaqatala – Kəpəz-2 2:0
Qol
: Cəlal Cəbrayılov, 20. Bəhruz Teymurov, 61-pen.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Aydın Bəxşiyev, Elvin Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00

Qaradağ Lökbatan – Turan Tovuz-2 3:0
Qol
: Ceyhun Muxtarlı, 2. Mehdi Həşimov, 28. Ürfan İsmayılov, 55.
Hakimlər: Əli Əliyev, Zakir Şükürzadə, Rəhman Aslanov, Əkbər Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00

Mingəçevir – Qəbələ-2 1:0
Qol
: Tural Məmmədzadə, 45+1.
Hakimlər: Tural İbrahimov, Elman Kərimov, Orxan İbişov, Mahmud Bağırzadə
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:00

18 aprel

Səbail-2 – Zirə-2 0:3
Qol: Xəqani Sadıxov, 40. Taleh Fərmanov, 54. Mahmud Ağayev, 90.
Hakimlər: Nicat İsmayıllı, Asif Abdullayev, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“ASCO Arena”, 15:00

Qarabağ-2 – Şamaxı-2 5:0
Qol
: Mehdi Tahirov, 28. Nəriman Axundzadə, 49-pen; 64. Əli Nəcəfli, 84. Mirmövsüm Caniyev, 90+1.
Hakimlər: Kamal Umudlu, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Binə qəsəbə stadionu, 15:00

Neftçi-2 – Sumqayıt-2 6:1
Qol: Ağadadaş Salyanski, 11. Vüsal Əsgərov, 31; 46; 73. Elşad Tağıyev, 64. Aqşin Abazərov, 65 – Xəzər Mahmudov, 38-pen.
Hakimlər: Şamil İmanzadə, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Kamran Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button