“Birbaşa Bakı”dan Çempionlar Liqasında ikinci oyunda qələbə
Azərbaycanın “Birbaşa Bakı” komandası Polşanın paytaxtı Varşavada təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında keçirdiyi ikinci oyunda qələbə qazanıb.
Komanda.az xəbər verir ki, təmsilçimiz “Livorno” (İtaliya) ilə qarşılaşıb. Oyun “Birbaşa Bakı”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Birbaşa Bakı” ilk görüşdə İspaniyanın “Malaqa” komandası ilə heç-heçə edib – 2:2. Komanda bu gün növbəti görüşünü saat 21:00-da “BKMK Brno”ya (Çexiya) qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin